Türkiyənin Zonquldağ əyalətinin Kilimli rayonunda daş kömür mədənində baş verən partlayışda 4 işçi yaralanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda yaralılar xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
Hadisə yerinə xilasetmə qrupu, polis, tibb işçiləri, Fövqəladə Halların İdarə Olunması Agentliyi əməkdaşları cəlb olunub.
Partlayışın başvermə səbəbi hələ ki, açıqlanmayıb.