Türkiyədə mədəndəki torpaq sürüşməsi ilə bağlı şirkət rəhbəri saxlanılıb

Türkiyədə mədəndəki torpaq sürüşməsi ilə bağlı şirkət rəhbəri saxlanılıb
DÜNYA
15:40 18.02.2024
165
Türkiyənin Ərzincan vilayətinin İliç rayonunda baş verən torpaq sürüşməsi ilə bağlı aparılan istintaq çərçivəsində mədəndə iş aparan şirkətin direktoru saxlanılıb.

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən "TV-100" kanalı məlumat yayıb.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi açılıb və altı nəfər, o cümlədən işə götürən şirkətin nümayəndəsi olan Kanada vətəndaşı həbs edilib.

Türkiyənin Ətraf Mühit Nazirliyi qızıl mədəninin ekoloji lisenziyasını ləğv edib. Türkiyənin energetik naziri Alparslan Bayraktar daha əvvəl jurnalistlərə bildirib ki, səlahiyyətlilər gündəlik olaraq ekoloji ölçmələr aparır.//report
OXŞAR XƏBƏRLƏR