Türkiyədə meşə yanğını: təxribat olduğu ehtimal edilir

Türkiyədə meşə yanğını: təxribat olduğu ehtimal edilir
DÜNYA
19:36 02.07.2024
165
Türkiyənin Muğla şəhərində meşə yanır.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Məlumata görə, bundan iki saat əvvəl meşənin yaxınlığındakı başqa bir ərazidə də yanğın olub.

İki hadisə arasında əlaqənin olması və mümkün təxribat ehtimalları araşdırılır.
OXŞAR XƏBƏRLƏR