Türkiyədə meşə yanğınlarında şübhəli bilinən yeddi nəfər saxlanılıb

DÜNYA
23:34 17.08.2024
268
Türkiyə polisi ölkənin qərbində və şimal-qərbində baş verən təbii yanğınlarda şübhəli bilinən yeddi nəfəri saxlayıb.

Bu barədə Türkiyənin DİN rəhbəri Ali Yerlikaya "X" sosial şəbəkəsində bildirib.

"Meşə yanğınlarının baş verməsində yeddi nəfər şübhəli bilinərək saxlanılıb", - paylaşımda bildirilir.

Onlardan dördü İzmir əyalətində, o cümlədən onun ətrafındakı Karşiyakda saxlanılıb.
 
//Report
OXŞAR XƏBƏRLƏR