Türkiyədə meşə yanır, helikopter və təyyarələr cəlb olunub

DÜNYA
17:48 17.10.2024
112
Türkiyənin İzmir vilayətində meşə yanır.

Hadisə Dikili rayonunda qeydə alınıb.

Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir. Hadisə yerinə 4 təyyarə, 1 helikopter, 14 su tankeri, 4 su təchizatı avadanlığı, 1 dozer və 1 briqada göndərilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Hadisənin səbəbi hələ ki məlum deyil.
 
///report
OXŞAR XƏBƏRLƏR