Türkiyədə mikroavtobus aşdı: Yaralananlar var

Türkiyədə mikroavtobus aşdı: Yaralananlar var
DÜNYA
11:40 26.05.2025
361
Türkiyədə mikroavtobusunun aşması nəticəsində 3-ü ağır olmaqla 7 nəfər yaralanıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Elazığ bölgəsində baş verib.
 
Sürücünün idarəetməni itirməsi nəticəsində sərnişin mikroavtobusu aşıb və yol kənarına düşüb. Aşan mikroavtobusda olan 7 nəfər xəsarət alıb. Xəbər üzərinə hadisə yerinə təcili yardım, xilasetmə və polis qrupları sövq edilib.
 
İlkin tibbi yardımdan sonra yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yaralılardan üçünün həyati təhlükəsinin olduğu öyrənilib.
 
Hadisə ilə bağlı araşdırma başladılıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR