Türkiyədə mikroavtobus qəzaya uğradı, ölən və yaralananlar var

DÜNYA
21:39 28.06.2020
710
Türkiyədə miqrantları daşıyan mikroavtobus qəzaya uğrayıb.
 
Bu barədə "Sabah” qəzeti bildirib.

Məlumata görə, hadisə Van vilayətində baş verib. Qəza nəticəsində azı bir miqrant həlak oldu, qırxdan çox insan xəsarət alıb.

Qeyd edilir ki, hadisə zamanı mikroavtobusda Əfqanıstandan 22, Pakistandan 20 qanunsuz miqrant olub: "Qəza nəticəsində bir miqrant həlak oldu, qırx bir miqrant yaralandı”.

Hadisə ilə əlaqədar səfərin təşkilatçısı hesab edilən 2 nəfər həbs olunub. 

OXŞAR XƏBƏRLƏR