Türkiyədə narkotik əməliyyatlarında 3 nəfər saxlanıldı - VİDEO

Türkiyədə narkotik əməliyyatlarında 3 nəfər saxlanıldı - VİDEO
DÜNYA
12:32 26.03.2025
220
Narkotik itlərinin dəstəyi ilə polis qrupları tərəfindən həyata keçirilən narkotik əməliyyatında tutulan 3 nəfərdən ikisi həbsxanaya göndərilib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat Türkiyənin Sakarya bölgəsində həyata keçirilib.
 
Narkotiklə mübarizə çərçivəsində Sapanca və Geyve əyalətlərində polis qrupları tərəfindən E.A. (39 yaş), A.S.A. (37 yaş) və Suriya vətəndaşı E.N. adlı şəxslərdən həyata keçirilən əməliyyatlar nəticəsində 754 qram metamfetamin, 218 qram bonzai, 209 qram narkotik maddə olduğu ehtimal edilən toz və 1 ədəd sintetik həb götürülüb.
 
Əməliyyatlardan sonra A.S.A. adlı şəxs məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb. Digər şəxslər E.A. ilə E.N. isə həbsxanaya göndərilib.
 
Oksana