Türkiyədə neft tankeri yandı

Türkiyədə neft tankeri yandı
DÜNYA
20:11 08.04.2025
476
Türkiyənin İzmit körfəzinin Kocaeli rayonu ərazisində bir neft tankerinin maşınxanasında yanğın baş verib.

Bu haqda "TRT haber” məlumat yayıb.

Sinqapur bayraqlı "Hafnia Africa” tankerindən göndərilən yanğın xəbərdarlığı ilə bağlı Sahil Təhlükəsizliyi Baş İdarəsi (KEGM) əraziyə ehtiyat gəmilər və xilasetmə qayıqları göndərib.

Məlumata görə, yanğın gəmi personalı tərəfindən nəzarət altına alınıb. Söndürülməsi üzrə işlər görülür. Xəsarət alan yoxdur.

Yanğının baş vermə səbəbi məlum deyil.
OXŞAR XƏBƏRLƏR