Türkiyədə növbəti kişi CİNAYƏTİ - Əvvəlcə döydü, sonra...

Türkiyədə növbəti kişi CİNAYƏTİ - Əvvəlcə döydü, sonra...
DÜNYA
11:55 30.04.2025
143
Türkiyədə Emre Can A. (29 yaş) adlı şəxs dini nikahda yaşadığı Tuğba K.-ni (39 yaş) əvvəlcə döyüb, sonra bıçaqlayıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Aksaray bölgəsində baş verib.

Şübhəli şəxs qaçarkən Tuğba K.-nin oğlu M.Ç. (9 yaş) anasını yaralı halda tapıb, anasının telefonu ilə polisdən kömək istəyib.
 
Xəbərdarlıq üzərinə ünvana polis və təcili yardım qrupları sövq edilib. Evə gələn polis qrupları qadını qan içində və ağlamış vəziyyətdə tapıb. Yaralı qadının oğlu M.C. təcili yardımla Aksaray xəstəxanasına aparılıb.

Polis qaçan Emre Can A-nın tutulması üçün əməliyyat başladıb.
 
Oksana

 

OXŞAR XƏBƏRLƏR