Türkiyədə növbəti qadın cinayəti

DÜNYA
15:07 11.10.2024
315
Adem Muslu adlı şəxs həyat yoldaşı Gülər ​​Muslunu güllələyib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Esenler bölgəsində baş verib.
 
İddiaya görə, Gülər ​​Muslu (49 yaş) ilə Adem Muslu (48 yaş ) arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisədən sonra Adem Muslu arvadını tapança ilə vurub. Daha sonra Muslu 112-yə zəng edərək özü xəbər verib.
 
Hadisə yerinə polis və tibb qrupları göndərilib. Adem Muslu nəzarətə alınıb.
 
Gülər ​​Muslu hadisə yerində dünyasını dəyişib. 
 
Qeyd edək ki, cütlüyün bu evlilikdən 3-ü məktəbli olmaqla 6 övladları olub. 
 
Oksana
OXŞAR XƏBƏRLƏR