Türkiyədə növbəti terror aktı törədilib. Hadisə Diyarbəkirdəki Terrorla Mübarizə və Çevik Polis Alayının binasının qarşısında - həbsxanadan 200 metr aralıda baş verib.
Terrorçuların binaya bombalı hücumundan sonra atışma başlayıb. Əraziya çox sayda ambulans göndərilib. İlkin məlumatlara görə, 30-dan artıq yaralı var. Ölənlərin olub-olmaması barədə məlumat verilmir.
Qeyd edək ki, ötən axşam Türkiyədə HDP sədri Səlahəddin Demirtaş da daxil olmaqla 11 deputat terrora dəstək ittihamı ilə həbs olunub.
Son məlumata görə, partlayış nəticəsində 1 nəfər həlak olub. 30-dan artıq yaralı var. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Qaynarinfo.Az