Türkiyədə on minlərlə insan yenidən küçələrə axışdı

DÜNYA
10:33 18.06.2013
1240

Bu gün gecə on minlərlə insan Türkiyənin iri şəhərlərinin küçələrində hökumət əleyhinə nümayişlərə çıxıb.

AZXEBER.COM İTAR-TASS-a istinadən xəbər verir ki, kütləvi çıxışlara baxmayaraq, etirazçılarla polis arasında güclü toqquşma qeydə alınmayıb, həmçinin qarışıqlıq da yoxdur.Məlumata görə, Ankarada təqribən min adam Kuqulu parkı və ABŞ səfirliyinə aparan Kennedi prospektinə toplaşıb. Hüquq-mühafizə orqanları barrikadaları dağıdıb və kütləni geri çəkilməyə məcbur edib. Mamak rayonunda nümayişlərə 5 min yerli sakin çıxıb. Ümumilikdə isə paytaxtda keçirilən nümayişlərdə on minlərlə insan iştirak edir. Yollarda Türkiyə bayraqları və ölkə qurucusu Mustafa Kamal Atatürkün şəkilləri ilə bəzədilmiş maşınlar şütüyür.

OXŞAR XƏBƏRLƏR