Türkiyədə partlayış: çoxlu yaralı var- FOTOLAR

DÜNYA
23:18 05.06.2015
1931

Türkiyənin Diyarbəkir vilayətində Xalqların Demokratik Partiyasının (PKK-nın siyasi qanadı-HDP) seçkiqabağı mitinqində partlayış olub.

"Trend"-in "Hürriyyet" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə transformatorun partlaması nəticəsində baş verib.

Partlayış nəticəsində xeyli sayda insan xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıb.

Ölənlər barədə məlumat verilmir.

Xatırladaq ki, Türkiyədə parlament seçkiləri iyunun 7-də keçiriləcək.

OXŞAR XƏBƏRLƏR