Türkiyədə qanunsuz küçə aksiyaları ilə bağlı 340 nəfər saxlanılıb

Türkiyədə qanunsuz küçə aksiyaları ilə bağlı 340 nəfər saxlanılıb
DÜNYA
20:22 04.04.2024
170
Türkiyənin 14 əyalətində Separatçı Terror Təşkilatı (BTÖ) adından qanunsuz küçə aksiyalarında iştirak edən 340 şübhəli "BOZDOĞAN-20” əməliyyatı çərçivəsində saxlanılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, saxlanılanlar arasında 31 martda keçirilən bələdiyyə seçkilərindən sonra Van şəhərində terrorçulara dəstək şüarları səsləndirən və polisə müqavimət göstərən şəxslər də var.
OXŞAR XƏBƏRLƏR