Türkiyədə qazıntı zamanı kral ailəsinin möhürü tapıldı - FOTOLAR

Türkiyədə qazıntı zamanı kral ailəsinin möhürü tapıldı - FOTOLAR
MARAQLI
15:33 09.07.2024
453
Kırıkkaledə Yapon arxeoloqu Kimiyoşi Matsumura və komandasının apardığı qazıntılar zamanı hetit dövrünə aid möhür tapılıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına əsasən xəbər verir ki, qazıntı sahəsi "Aşağı şəhər” və "Yuxarı şəhər” olmaqla iki bölgədən ibarətdir və burada mühüm tarixi xarabalıqlar var. 
 
Kral ailəsinin istifadə etdiyi mixi möhürdə "Bunu pozan öləcək” ifadəsinin yazılması diqqət çəkib.
 
Mixi möhür haqqında məlumat verən Matsumura, "Bu möhürün üzərində mixi yazı var. Orada Böyük Kral Tabarna (Hökmdar Kral) və ya Tavananna (Hökmdar Kraliça) tərəfindən "Bunu pozan öləcək" sözlri həkk olunub. Mütəxəssis bu möhürlərin adətən müqavilələri pozan şəxslərə qarşı tətbiq edildiyini bildirib.
 
Aysel

 

 

 

 


OXŞAR XƏBƏRLƏR