Türkiyədə qəribə olay: Gəlinin inancı... - VİDEO

Türkiyədə qəribə olay:  Gəlinin inancı... - VİDEO
DÜNYA
00:07 26.08.2022
1405
Təzə gəlinin batil inancı 500 illik palıd ağacını yandırıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Malatyanın Arapgir rayonundakı 500 illik palıd ağacına "arzu etmək” məqsədi ilə yandırdığı şamı qoyan yeni gəlin əsrlik ağacı yandırıb. 

Baş verən yanğında ağacın bir hissəsinin məhv olduğunu qeyd edən Ulaçlı məhəllə sakini Vahap Tavlak "Bizim rayonda dörd budaq dediyimiz 450-500 illik bir ağacımız var. Keçən il baş vermiş yanğın nəticəsində ağacın bir budağı qismən məhv olmuşdu. Biz ağacın yox olmasını istəmirik. "Biz istəyirik ki, səlahiyyətlilər ağacı qorusunlar”, - deyə bildirib.

Digər qonşular da ağacın yenidən bərpa olunmasını, hadisəni törədənlərin isə cəzalanmasını istədiklərini söyləyiblər.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR