Türkiyədə rəy sorğusu: ‘Ən yaxın ölkə - Azərbaycan’

Türkiyədə rəy sorğusu:  ‘Ən yaxın ölkə - Azərbaycan’
DÜNYA
14:35 05.12.2013
1084

Türkiyənin Kayseri şəhərindəki Kadir Has Universiteti xalqın xarici siyasət mövzularına münasibətini öyrənmək üçün rəy sorğusu keçirib.

APA-nın “Cihan” agentliyinə istinadən verdiyi məlumata görə, 26 vilayətdə min nəfərlə keçirilən sorğuda respondentlər Türkiyəyə ən yaxın ölkə kimi Azərbaycanı gördüklərini bildiriblər. Sorğuya əsasən ölkədə türk dünyası ilə yaxınlaşmanın tərəfdarları artıb.

Sorğu iştirakçılarının əksəriyyəti – 65%-i hesab edir ki, Türkiyənin hazırda ən ciddi xarici siyasət problemi Suriya məsələsidir. Hökumətin Suriya ilə bağlı siyasətini uğurlu sayanlar cəmi 24%-dir. Respondentlərin 41,7%-i Türkiyənin Suriyadakı problemə müdaxilə etməsini istəmir, Suriyadakı silahlı müxalif qrupların dəstəklənməsini istəyənlərin miqdarı 5,2%-dir.

2012-ci ildə hökumətin xarici siyasətinin uğurlu olduğunu düşünənlərin faizi 34,7 idisə, hazırda bu dəstək 25%-ə geriləyib. İştirakçıların 38,6%-i hesab edir ki, Türkiyənin dostu yoxdur, 28%-i isə dünyada Türkiyəyə ən yaxın ölkə kimi Azərbaycanı görür. Respondentlərin 24%-i düşünür ki, Türkiyə öz xarici siyasətini Azərbaycan və türk cümhuriyyətləri ilə birlikdə aparmalıdır, sorğuya qatılanların 21%-i xarici siyasətin tək başına aparılmasına, 14,2%-i ABŞ-la birgə, 12,5%-i islam ölkələri ilə, 10,3%-i isə Avropa Birliyi ilə birlikdə aparılmasına tərəfdardır. Türkiyə cəmiyyətində İrana etimadsızlıq diqqət çəkir. Xarici siyasətin bu ölkə ilə birgə aparılmasını istəyənlər cəmi 5,7%-dir. Bundan başqa, İran ABŞ və İsraillə bərabər Türkiyəyə təhlükə törədən ölkələrdən biri sayılır.

Türkiyənin Avropa Birliyinə üzvlüyünə dəstək 47,5%-dir, lakin böyük əksəriyyət (77%) hesab edir ki, Brüssel Türkiyəyə münasibətdə səmimi deyil. Sorğuya qatılanların 46%-i əmindir ki, Türkiyə heç vaxt AB-yə qəbul edilməyəcək. AB-yə alternativ olaraq Türk Birliyi yaradılmasını istəyənlərin miqdarı 26%, NATO və ABŞ-la müttəfiqliyin möhkəmləndirilməsini istəyənlər 12,8%, İslam Əməkdaşlıq Təşkilatının rolunun artırılmasını istəyənlər 12,6%, Rusiya ilə strateji tərəfdaşlıq istəyənlər 12,3%, Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmasını istəyənlər isə 9%-dir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək