Türkiyədə seçki başa çatdı: səslər sayılır

Türkiyədə seçki başa çatdı: səslər sayılır
DÜNYA
18:58 24.06.2018
5336
Türkiyənin Yüksək Seçki Şurasının (YSK) qərarına ilə ölkə ərazisində keçirilən növbədənkənar prezident və parlament seçkiləri başa çatıb.

AZXEBER.COM "Anadolu"ya istinadən xəbər verir ki, yerli vaxtla saat 08.00-da açılan seçki məntəqələri 17.00-da bağlanıb.

Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gülün sözlərinə görə, seçkilər zamanı hər hansı bir ciddi qanun pozuntusu qeydə alınmayıb.

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan da seçkilərdə qanunvericiliyə zidd hər hansı bir ciddi hadisə baş verməyib.

Eyni zamanda ATƏT müşahidəçiləri seçkilərin monitorinqində məhdudiyyətlər aşkar etməyib.
OXŞAR XƏBƏRLƏR