Türkiyədə seçki günü qeydə alınan insidentlərdə iki nəfər ölüb

Türkiyədə seçki günü qeydə alınan insidentlərdə iki nəfər ölüb
DÜNYA
18:57 31.03.2024
177

Türkiyədə keçirilən bələdiyyə seçkilərində qeydə alınan insident zamanı iki nəfər ölüb.

"Report” bu barədə "Anadolu"ya istinadən xəbər verir.

Diyarbəkir vilayətinin cənub-şərqində yaranan mübahisə qısa zamanda silahlı qarşıdurmaya çevrilib. Vətəndaşlar dəyənək, daş və odlu silahdan istifadə edərək bir-birinə hücum etməyə başlayıblar. Nəticədə bir nəfər ölüb, 11 nəfər yaralanıb.

Bursa vilayətinin qərbində baş verən münaqişədə isə bir yerli sakin həlak olub, biri üç yaşlı uşaq olmaqla iki nəfər yaralanıb.

Qeyd edək ki, Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.

Ümumilikdə 61 milyon 441 min 882 səsvermə hüququna malik Türkiyə vətəndaşından 1 milyon 32 min 610 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək.

AK Parti və Milliyyətçi Hərəkat (MHP) partiyalarının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi ölkənin sabiq ətraf mühit və şəhərsalma naziri Murat Kurum, Ankara üzrə namizədi isə türk siyasətçi və paytaxtın Keçiören Rayon Bələdiyyəsinin mövcud sədri Turqut Altınokdur. 2023-cü il seçkilərində "Cümhur İttifaqı”nda yer alan Yenidən Rifah yerli seçkilər üçün AK Parti ilə apardığı danışıqlarda uzlaşa bilməyəndən sonra seçki yarışına öz namizədləri ilə girməyə qərar verib.

Türkiyənin ən böyük müxalif Cümhuriyyət Xalq Partiyasının İstanbul və Ankara üzrə namizədləri isə hazırkı bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Manasur Yavaşdır.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
12:35 27.06.2025
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Milyonluq toyun ilk günü - FOTOLAR
12:33 27.06.2025
Milyonluq toyun ilk günü - FOTOLAR