Türkiyədə seçki nəticələri ilə bağlı qarşıdurmalar baş verib.
Diyarbakırda Demokratik Bölgələr Partiyasının qarşısında etiraz aksiyası keçirilib. Polislə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Aksiyada su şırnağı və bibər qazından istifadə olunub.
Türkiyədə AKP-nin qalib olması ilə bağlı region bölgələrdə hətta silah səsləri eşidilib. Şanlıurfada havaya açılan atəş bir nəfərin xəsarət almasına səbəb olub. Vətəndaş Sivərək Dövlət Xəstəxanasına aparılıb.// qafqazinfo.az