Türkiyədə silahlı insident olub, xəsarət alanlar var

Türkiyədə silahlı insident olub, xəsarət alanlar var
DÜNYA
23:09 01.12.2025
95
Türkiyənin Bursa şəhərində kafedə atışma olub.

AZXEBER.COM "Haber Global"a istinadən xəbər verir ki, hadisə Nilufər rayonunda baş verib.

İki qrup arasında baş verən silahlı insident nəticəsində dörd nəfər yaralanıb.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

İnsidentlə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR