Türkiyədə son 5 gündə 342 meşə yanğını baş verib

Türkiyədə son 5 gündə 342 meşə yanğını baş verib
DÜNYA
19:41 01.07.2025
248
Türkiyədə son 5 gündə 342 şiddətli meşə yanğını baş verib.

Bu barədə ölkənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı jurnalistlərə açıqlamasında bildirib.
 
O qeyd edib ki, hazırda 6 yanğın davam edir. Şiddətli yanğınlar ölkənin İzmir, Adana, Hatay, Kahramanmaraş, Manisa bə digər bölgələrində baş verib. Yanğın səbəbilə bəzi yaşayış məntəqələri boşaldılıb.
 
//apa.az 
OXŞAR XƏBƏRLƏR