Türkiyədə son sutkada koronavirusdan 245 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 245 nəfər ölüb
DÜNYA
21:43 30.08.2021
1083
Türkiyədə yeni növ koronavirus infeksiyasının ağır fəsadları davam etməkdədir.

AZXEBER.COM Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, avqustun 30-da ölkə üzrə 283 min 250 nəfər koronavirus testindən keçib. Onlardan 19 min 557 nəfərdə virus aşkarlanıb. Son sutka ərzində 245 nəfər ölüb, 13 min 401 nəfər sağalıb.

Rəsmi məlumata görə, virusdan həyatını itirənlərin, yoluxan və xəstəliyi ağır keçirənlərin böyük əksəriyyəti peyvəndləmədən kənarda qalanların payına düşür.
OXŞAR XƏBƏRLƏR