Türkiyədə suvarma kanalında kişi meyiti tapıldı

Türkiyədə suvarma kanalında kişi meyiti tapıldı
DÜNYA
13:23 09.04.2025
256
Türkiyədə suvarma kanalında kişi meyiti tapılıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Şanlıurfa bölgəsində baş verib.
 
Belə ki, Karşıyaka Məhəlləsində səhər saatlarında Dövlət Su İşləri İdarəsinə (DSİ) məxsus suvarma kanalında suyun səthində hərəkətsiz vəziyyətdə dayanan bir nəfəri görən şəxslər vəziyyəti Təcili Yardım Mərkəzinə bildiriblər.
 
Xəbərdarlıq üzərinə bölgəyə sövq edilən qruplar tərəfindən sudan çıxarılan və üzərində şəxsiyyəti tapılmayan cəsəd yarılma və şəxsiyyətin müəyyən edilməsi üçün meyitxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR