Türkiyədə tarixi gün - PKK tərksilah olunur

Türkiyədə tarixi gün - PKK tərksilah olunur
DÜNYA
09:58 11.07.2025
169
Bu gün Türkiyə üçün tarixi gün olaraq yaddaşlara həkk olunacaq. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının 2024-cü ilin oktyabrında çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın "Daxil cəbhəni gücləndirək” mesajı ilə başlayan "Terrorsuz Türkiyə” quruculuğu prosesinin silahlanma mərhələsinə saatlar qalıb. 

Kritik həftənin son günündə terror təşkilatı PKK rəsmən silahı yerə qoyma prosesinə başlayır.

Saatlar sonra PKK-nın İraqın Süleymaniyyə şəhərində silahı yerə qoyması ilə Terrordan Azad Türkiyəyə nail olmaq prosesində kritik hədd aşılacaq. 

Xatırladaq ki, İmralıda ömürlük həbsdə olan terrorçuların rəhbəri Abdullah Öcalan daha əvvəl həm səsli, həm də vizual olaraq ekranlara çıxıb. O, videomüraciətində tərksilah mərhələsi üçün lazımi mexanizmlərin yaradılmasına çağırıb. 
 
/Unikal
OXŞAR XƏBƏRLƏR