Türkiyədə 'Tarixin işığında Xocalı soyqırımı' konfransı keçirildi - FOTOLAR
MƏDƏNİYYƏT
16:49 27.02.2013
1448
Türkiyənin Adana şəhərində Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə "Tarixin işığında Xocalı soyqırımı" konfransı keçirilib.AZXEBER.COM-un məlumatına görə, Adana Böyükşəhər Bələdiyyə Teatrınında düzənlənən konfransda duyğulu anlar yaşanıb. Azərbaycanın xalq artisti, Çukurova universitetinin professoru Cahangir Novruzovun kədərli çıxışı zala toplaşanları kədərləndirib.Adana Qardaş Dərnəklər Birliyi və Adana Azərbaycan Mədəniyyət Dərnəyinin birlikdə təşkil etdiyi konfransda Adana şəhərinin valisi Hüseyn Sözlü, Adana Böyükşəhər Bələdiyyə başçısının vəkili Zihni Aldırmaz, Sivil Toplum Örgütləri, dərnəklər, ictimaiyyət və tələbələr qatılıblar.