Türkiyədə yaşayan azərbaycanlı tələbələr böyük fırıldaqla üzləşib.
Bu haqda AZXEBER.COM-a Türkiyədə təhsil alan tələbə İsmayıl Babayev məlumat verib.
Dərs ilinin başlamasına görə ev tutan tələbə daha sonradan evin başqa adama məxsus olduğunu öyrənib: "Mən İstanbulda ev tutdum, özünü ev sahibi kimi təqdim edən şəxslə kirayə müqaviləsi bağladım, ancaq bir neçə gün sonra evə başqa adam gəldi və dedi ki, evin sahibi odu. Mən şoka düşdüm, sən demə evi bizə kirayə verən adam açarı oğurlayaraq bunu edib. Türkiyə polisi hazırda bu işi araşdırır"
Qeyd edək ki. İsmayıl Babayev artıq bir neçə ildir ki, İstanbulda yaşayır və tələbədir.
Sonda Türkiyənin Show TV kanalının bu hadisəylə bağlı hazırladığı süjeti təqdim edirik: