Türkiyədə təhsil alan tələbələrə -XƏBƏRDARLIQ

SOSİAL
02:20 23.07.2016
5826
Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi bu ölkədə təhsil alan azərbaycanlı tələbələrə müraciət edib.
AZXEBER.COM-un məlumatına görə, müraciətdə deyilir: 
"Bildiyiniz kimi, 21 iyul 2016-cı il tarixi cümə axşamı günü saat 01.00-dən etibarən Türkiyə Respublikasında 90 gün müddətində fövqəladə vəziyyət elan edilməsi ilə bağlı qərar ölkənin Rəsmi Qəzetində dərc olunmuşdur.Tələbələrimizdən pasportlarını, ikamət təzkərələrini, tələbə biletlərini üstlərində gəzdirmələrini, nümayişlərdə iştirak etməmələrini, valiliklərin xəbərdarlıqlarına əməl etmələrini və olduqca ehtiyatlı davranmalarını xahiş edirik".
OXŞAR XƏBƏRLƏR