Türkiyənin Diyarbəkir əyalətində terror aktı nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
"Report" "TGRTHaber"ə istinadən xəbər verir ki, onlardan 4-ü polis, 3-ü isə mülki vətəndaşdır. Ölən vətəndaşlardanbiri uşaqdır.
Məlumata görə, hadisə nəticəsində6-sı polis olmaqla 21 nəfər yaralanıb.
***15:46
Türkiyənin Diyarbəkir əyalətinin Çinar və Bismil rayonları arasındakı polis nəzarət-buraxılış məntəqəsində törədilən partlayış nəticəsində 2-si polis olmaqla 3 nəfər ölüb.
Partlayış nəticəsində 5 metr dərinliyində, 10 metr genişliyində çuxur yaranıb.
Məlumata görə, hadisədə 8-i polis olmaqla 25 nəfər isə yaralanıb.
*** 14:52, 15:14
PKK terrorçularıTürkiyənin Diyarbəkir şəhəri,Çınar rayonunda polis nəzarət-buraxılışməntəqəsinin qarşısındapartlayış törədiblər.
Hadisə Diyarbəkir-Mardin avtomobil yolundaminalanmış avtomobilin partladılması nəticəsində baş verib.
Məlumata görə,partlayış nəticəsində 11 polis əməkdaşı və çoxlu sayda mülki vətəndaş yaralanıb.
Xəbərdə bildirilib ki, partlayışdan sonra terrorçularla hərbçilər arasında silahlı atışma olub. Hadisə yerindən qaçan terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilir.