Türkiyədə terrorçulara qarşı əməliyyat keçirildi

DÜNYA
08:11 08.11.2012
1146
Türkiyə Baş Qərargah idarəsi xüsusi təyinatlı (Qırmızı Beretli) ordu birlikləri Şimali İraqla sərhəddə qış üçün hazırlıq görən PKK terrorçularına qarşı əməliyyatlar keçirib. Qərargahdan verilən açıqlamaya görə, 2 tabor əsgər Şimali İraq sərhəddindən 5-10 km ölkə ərazisinə daxil olub. Hərbçilər “Kandil”, “Zap”, “Kavak” və s. olmakla bir çox böyük PKK düşərgəsini hədəfə alıb. Məlumata görə, hərbi helikopterlər və “F-16” qırıcı təyyarələri də bu əməliyyatlara havadan dəstək verib.

OXŞAR XƏBƏRLƏR