Türkiyədə üç məşhurun narkotik test nəticələri müsbət çıxdı

Türkiyədə üç məşhurun narkotik test nəticələri müsbət çıxdı
DÜNYA
21:27 13.04.2026
179
Türkiyədə aktyorlar Hafsanur Sancaktutan, Emir Can İğrek və sosial media fenomeni Ogün Alibaşın narkotik test nəticələri müsbət çıxıb.

AZXEBER.COM bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.

Hər üç məşhur sima daha əvvəl narkotik istintaqı çərçivəsində keçirilən əməliyyat zamanı saxlanıldıqdan sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılmışdı.

Məhkəmə Tibb Ekspertizası Qurumu bioloji nümunələr üzərində aparılan laborator araşdırmaların nəticələrinə əsasən rəsmi hesabat təqdim edib.

Rəsmi hesabatda qeyd olunub ki, üç məşhurun saç nümunələrində kokain və onun metabolitləri aşkar edilib.
OXŞAR XƏBƏRLƏR