Türkiyədə Eskişehir Osmanqazi Universitetinə bir müəllim silahlı hücum edib
Hadisə zamanı 4 akademik ölüb.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, şübhəli polis tərəfindən saxlanılıb.
Məlumata görə, Təhsil Fakültəsinin bir araşdırmaçısı, dekan köməkçisi, fakültə katibi və müəllimi öldürülüb.
İstintaq gedir.
Volkan Bayar adlı şəxs həllik məlum olmayan səbəbdən fakültə binasının 3-cü mərtəbəsində Dekan müavini Mikail Yalçın, Fakültə katibi Fatih Özmutlu, araşdırma rəhbəri Yasir Armağan və müəllim Yard. Doç. Dr. Serdar Çağlakı silahdan açdığı atəşlə qətlə yetirib. 3 nəfər isə yaralanıb. Üniversitetdə sabah keçirilməsi planlaşdırılan imtahan təxirə salınıb.