Türkiyədə şagirdlər artıq hicab geyinə biləcək.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Təhsil Nazirliyi vahid məktəbli geyiminin ləğv edilməsi barədə qərar qəbul edib.Qərarda bildirilib ki, artıq şagirdlər sərbəst geyinə biləcəklər. Lakin çox açıq-saçıq, dizdən yuxarı yubkalar, qolsuz köynəklər geyinməyə icazə verilməyəcək.Bundan başqa hicab taxmaq istəyən qızlara da sərbəstlik veriləcək.Bu qərar əcnəbi və özəl məktəblərə isə aid edilməyəcək.