Türkiyə Meteorologiya Ümumi Müdirliyi Şərqi Anadolunun maili yamacları üçün qar uçqunu xəbərdarlığı edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Şərqi Anadolu bölgəsində təsirli olan qar yağışı həyata mənfi təsir edir.
Meteorologiya Ümumi Müdirliyi həftə ərzində təsirli olacaq hava proqnozu ilə bağlı açıqlama verib.
Rəsmilərin hesablamalarına görə, Türkiyənin şimal və şərqinin az buludlu, arabir tutulacağı, Şərqi Qara dəniz sahilləri, Şərqi Anadolunun cənub-şərqi, Cənub-Şərqi Anadolunun şərqi, Hatay, Şanlıurfa, Artvin və Adana, Elazığ ətraflarının çox buludlu olacağı təxmin edilir.
Yağışların Şərqi Anadolunun cənub-şərqindəki yüksək dağlıq ərazilərdə sulu qarla qarışıq yağış və leysan xarakterli olacağı gözlənilir.
Şərqi Qara dəniz bölgəsinin daxili hissələri ilə Şərqi Anadolunun şimal və şərqində qarla örtülü yamaclarda uçqun təhlükəsi var.Havanın temperaturunda ciddi dəyişiklik gözlənilmir. Ölkə üzrə mövsümi normadan yüksək olacağı təxmin edilir.
Nəzrin