Türkiyədə xəstəxana yanır

Türkiyədə xəstəxana yanır
DÜNYA
15:24 14.04.2018
4750
Türkiyənin Bursa şəhərində xəstəxana yanır.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin 179 yerlik Psixatriya və Nevrologiya Xəstəxanasında yanğın başlayıb. Yanğın xəstəxanın yeməkxanasının damından başlayıb, xəstəxananı qatı duman bürüyüb.

Hazırda xəstələr xəstəxananın digər korpusuna köçürülür. Yanğınsöndürənlər hadisə yerindədir, yanğının qarşısının alınması üçün tədbirlər davam edir. Polis isə xəstəxanın ətrafında olan hərəkəti dayandırıb.
OXŞAR XƏBƏRLƏR