‘Türkiyədə yaşamaq istəyərdim’ - Əkrəm Əylisli

‘Türkiyədə yaşamaq istəyərdim’ -  Əkrəm Əylisli
15:21 27.02.2013
1297

“Elə düşünürlər ki, mən Xocalı üçün pis olmuram”

AZXEBER.COM-un məlumatına görə, Əkrəm Əylisli Türkiyənin “Radikal” qəzetinə müsahibə verib. Keçmiş Xalq yazıçısı müsahibəsində Türkiyəyə köçmək istədiyini söyləyib:

“Türkiyədən mənə çoxlu ziyalı zəng edib dəstəklədiyini söylədi. Amma heç bir siyasətçi zəng etmədi. Türkiyədə yaşamaq istəyərdim. Ölkəmdən sonra özümü ən yaxşı orada hiss edə bilərəm. İndi hər şey yaxşıdı. Rahat küçəyə çıxa bilirəm. Onsuzda mən sadə xalqıma güvənirəm. Amma yenədə küçəyə çıxanda ehtiyatla davranıram”.

Jurnalistin “Xocalı qətliamı günündə sizə qarşı hansısa bir təzyiq oldumu” sualına keçmiş xalq yazıçısı belə cavab verib:

“Ziyarətimi etdim, heç bir təzyiqlə qarşılaşmadım. Elə düşünürlər ki, mən Xocalı üçün pis olmuram. Bu necə ola bilər axı? Mən necə üzülməyə bilərəm?”.

OXŞAR XƏBƏRLƏR