Azərbaycanlı gənc iş adamı Urfan Qədimovun qurucusu olduğu "Gadimovs Group” şirkətinin Bakı ofisi fəaliyyətə başladı.
2016-cı ildə İstanbulda fəaliyyətə başlayan şirkət Azərbaycan və digər xarici vətəndaşlara oturum icazəsi, iş vizası, xaricdə təhsil, sığorta xidmətləri və.s kimi xidmətlər göstərir.
Şirkətin departament direktoru Orxan Müseyibovun sözlərinə görə, bu iki il ərzində "Gadimovs Group” şirkəti 2500-dən çox ikamet izni, 600-ə qədər vətəndaşa iş vizası, 5675 nəfərə sağlıq sığortası, 250 nəfərə isə tələbə adını qazandırıb.
Şirkətin qurucusu Urfan Qədimov isə Türkiyəyə yaşamaq üçün üz tutan Azərbaycan vətəndaşları üçün bütün hüquqi prosedurları lazımi şəkildə icra etdiklərini bildirib:
"Azərbaycandan qardaş ölkəyə üz tutan vətəndaşlarımızın sayında ciddi artım olduğunu nəzərə alsaq, vətəndaşlarımızın əksəriyyətinin hüquqi yardıma ehtiyyacı yaranır. Bu gün İstanbul kimi böyük bir şəhərə hər gün yüzlərlə azərbaycanlı gəlir. Onların oturma icazəsini almaq üçün bizim şirkətin əməkdaşları bütün lazimi prosedur qaydalarını həyata keçirir. Qısa zaman ərzində vətəndaş öz oturma icazəsini alır. "Gadimovs Group” olaraq biz Türkiyə universitetləri ilə ən yaxın tərəfdaşlıq edən şirkətlərdən biriyik. Hava limanında qarşılanma, universitetə yerləşdirilmə, qeydiyyata köməklik, ,oturma icazəsi və sığorta xidmətlərinin həllində bizim əməkdaşlar həmyerlilərimizə köməklik göstərir”.
U.Qədimovun sözlərinə görə "Gadimovs Group” təkcə Türkiyədə deyil Ukrayna, Dağıstan, Gürcüstan, Litva, Çexiya, Latviya, Polşa, Ruminiya, Macarıstan, İtaliyada abituriyentlərə və bakalavrlara ali təhsil imkanları təqdim edir.
Bakı ofisi:
Ünvan: Nərimanov ray,G.Qədirbəyli küç 8/10,Şuşa İcra Hakimiyyəti ilə üzbəüz
Əlaqə: 070 577 05 77 (Nurlan Novruzzade)
012 489 71 26
İstanbul: +9055418111519 (Nəcəf Nəcəfov)
mail: [email protected]
instagram: https://www.instagram.com/gadimovs.group/
Facebook: https://www.facebook.com/gadimovsgroup/