Türkiyədə yaşayan israilli müğənniyə təzyiqlər artıb

Türkiyədə yaşayan israilli müğənniyə təzyiqlər artıb
MAQAZİN
10:46 03.03.2026
281
Türkiyədə yazaşayn israilli müğənni Linet bu dəfə səhnə performansı ilə deyil, sosial mediada səsləndirilən iddialarla gündəm olub.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail əsilli müğənninin vətənində "xain" elan edildiyi iddia edilib.

Uzun illərdir Türkiyədə yaşayan müğənniyə yaxın olan mənbəələr Linetin siyasi müzakirələrə qoşulmaq istəmədiyini bildiriblər.
 
Xüsusilə sosial mediada yayılan sərt şərhlər məşhur müğənninin pərəstişkarlarını səfərbər edib. Bir çox izləyici Linetə dəstək göstərsələr də digər tərəfdən, bəzi istifadəçilər sənətçilərin sosial məsələlərdə daha aydın mövqe tutmalı olduqlarını bildiriblər.
 
Bu vəziyyət, sənətçilərin siyasi məsuliyyət daşıyıb-daşımadığı ilə bağlı əyləncə dünyasında uzun müddətdir davam edən müzakirələri yenidən ön plana çıxarıb. Linetin yaxın günlərdə bu məsələ ilə bağlı daha əhatəli bir açıqlama verib-verməyəcəyi hələlik məlum deyil. Səhnə çıxışlarını davam etdirib-etdirməyəcəyi də müzakirə olunan mövzular arasındadır.
 
Aysel
OXŞAR XƏBƏRLƏR