Türkiyədə yaşayan müğənni: “Röya bizim atamızdır”

Türkiyədə yaşayan müğənni: “Röya bizim atamızdır”
MAQAZİN
17:55 05.05.2016
4413
"O Ses Türkiye" faciəsi..." "Xahiş edirəm, məni öz adım və soyadımla təqdim et"- bu, müsahibimin məndən ilk və yeganə xahişi oldu. İkimiz də vətəndən uzaq ölkədə yaşadığımız üçün biri-birimizin sözündən çıxa bilməzdik. 
Beləliklə, Azərbaycanın əməkdar artisti Röya Ayxanın qardaşı deyil, gənc və istedadlı müğənni İsmayıl Nəcəfov PrimeTime.Az-ın "Tet-a-tet" rubrikasının qonağıdır.
- İsmayıl, madəm ki, səsin var, niyə daha öncə müğənniliyə başlamadın?
- Musiqi ilə məşğul olmaq üçün təhsilimin bitməsini gözləyirdim. Artıq universiteti bitirirəm, məzun oluram. Bəli, xəyalım mahnı oxumaqdır, amma hələ universitet oxuyuram. Hazırda Türkiyənin İstanbul Aydın Universitetində Radio və Televiziya Film Yönetmenlik fakültəsində təhsil alıram. Bu fakültəni seçməyimin səbəbi də gələcəkdə rahatlıqla mahnılarıma öz istədiyim kimi klip çəlməkdir.
- Bəs əsl ulduz olaraq nə zaman parlayacaqsan?
- Mənim məqsədim pop-star olmaq deyil (gülür), xəyalım sadəcə insanların mahnılarımı dinləmələridir. Bu mənim üçün şan-şöhrətdən daha önəmlidir. Mən yalnız özəl səhnələrdə oxuyuram. -
Türkiyənin hansı səhnəsi sənin üçün özəldir ki?
- Bunu sözlə ifadə etməyə çətinliyi çəkirəm, kimsə inciməsin deyə. Amma ən özəl səhnələrdən biri yaxtalarda olur. - Ara-sıra oxuduğunu görürük, amma tam peşəkar musiqi həyatına başlamamısan deyəsən. Karyera üçün Türkiyə yoxsa Azərbaycan daha uğurludur? -İstedadlı insan üçün fərq etməməlidir. Hər iki ölkəni öz vətənim kimi sayıram. Amma öncə Türkiyədən başlamaq istəyirəm. Burada nələrsə edib, Azərbaycanda davam etdirməyi düşünürəm.
- Hazırda nə yeniliyin var?
- Sözləri və musiqisi mənə aid yeni mahnı üzərində çalışıram. "Qürur" remix formatlı bir mahnıdır. Rejissor Buğra Karaçamdır. "Klipimin çəkilməsində bacımdan bir qəpik də almadım" - Sirr deyilsə, klip neçəyə başa gəlib? Və maliyyə tərəfini kim həll edib? - Klipi dostlarımla birgə, öz imkanlarımız hesabına çəkdik. Bu işin ərsəyə gəlməsi üçün bacım Röyadan bir qəpik belə almadım. Onun da heç xəbəri yoxdur ki, bu klipdə onun üçün də sürpriz var. İnşallah hazır olsun, ilk olaraq elbətdə ki, Primetime.Az oxucuları üçün təqdim edəcəyəm. " "O Ses Türkiye" faciəsi..." - "O ses Türkiye"də bizləri təəcübləndirdin. Hər kəs sənin seçiləcəyini gözləyirdi, amma münsiflərdən kimsə sənə dönmədi. - Əslində, bu yarışmaya qatılmaq istəmirdim. Amma dostlarım məni məcbur etdi. Anam da o yarışmanı izləyirdi. Bir az da ona görə getdim. Seçim turunda 560 nəfər içindən ilk 8-yə daxil oldum, amma həyəcanıma yenildim. Bəlkə də yalnış mahnı seçimi etmişdim. Bütün hallarda yaxşı ki, seçilmədim, çünki biri məni seçsəydi, Azərbaycanda hər kəs düşünəcəkdi ki, bacım sayəsində irəli getdim.
- Bəs, "Ses Azərbaycan" yarışmasına qatılmağı düşünürsən? 
- Yox, belə bir fikrim yoxdur. 
"Gökan Özoğuzu mənə bənzədirlər"
- Əgər münsif heyətinin dördü də dönsə idi, kimi seçərdin?
- Gökan Özoğuzu mənə bənzədirlər. Əgər belə bir hal baş versəydi, onu seçərdim (gülür). "Röya bizim atamızdır"
- Səhnədəki Röyanı tanıyırıq. Bəs, evdə o necədir?
-Röya evin ən böyüyüdür. Onu çox sevirik və böyük olaraq ona hörmət edirik. Röya bizim atamızdır. Hər ailə kimi biz də dərdləşirik, yaxşı və pis günlərimiz olur.
Amma evdə heç vaxt dalaşmırıq.
Böyüyünlə necə dalaşa bilərsən? -Röya ən çox nəyə əsəbləşir?
-Mən yanlış mahnı seçəndə, o, əsəbiləşir. "Milyonların deyil, bacımın qarşısında oxumaq çətindir" - Röya konsertlərində sənə də səhnədə yer verir.
Çətindirmi milyonların qarşısında oxumaq?
- Əlbəttə çətindir, amma bacımın qarşısında oxumaq daha çətindir. Çünki xalq sənin sadəcə səsini dinləyir. Amma bacım səhvlərimi izləyir.
- Sosial medianı aktiv istifadə edirsənmi? Ən çox hansını bəyənirsən? -
- Ən çox instagramdan istifadə edirəm. Orda mənə çox yazırlar. Hər kəs səmimi hislərini məhz orada ifadə edir. Mənə gələn mesajların hər birini oxuyuram və bacardığım qədər hər kəsə cavab verməyə çalışıram. - Röya qardaşınız Ayxanın adını özünə ləqəb seçib. Bəs sənin belə fikrin var? Yəni, hər hansı bir ləqəb istəyərsən? - Bacımın adına Ayxan uyğun gəldiyi üçün onu seçib. Mənsə normal İsmayıl Nəcəfovam. Bu səbəbdən, hər hansı bir ləqəbə ehtiyac görmürəm. - Röya sənin müğənni olmağını istəyir? - Əlbəttə! Röya mənim səsimin fərqindədir. Ümumiyyətlə, bacım gənc və istedadlı müğənnilərə hər zaman dəstək olub və olacaq da. Röya gənclərlə duet oxuyur və öz repertuarına daxil edir. "Nailə Mirməmmədlidən mahnı almaq istərdim" - Azərbaycanda hansı bəstəkarlarla işləmək istərdin? - Mən özüm də mahnı bəstələyirəm. Amma Azərbaycanda Nailə Mirməmmədlidən mahnı almaq istərdim. Hazırda müxtəlif təkliflər gəlir,ancaq dəyərləndirə bilmirəm. Çünki buna hələ hazır deyiləm. Mənim üçün şou-biznes bazarına girmək hələ tezdir.
OXŞAR XƏBƏRLƏR