Türkiyədə yaşayış binası çökdü: İnsanlar dağıntılar altında qaldı - VİDEO

Türkiyədə yaşayış binası çökdü: İnsanlar dağıntılar altında qaldı - VİDEO
DÜNYA
14:58 05.10.2022
265
Türkiyənin Kırşehir şəhərinin Çiçekdağ rayonunda yaşayış binasında qaz sızmasından partlayış baş verib.  

AZXEBER.COM İHA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində 2 mərtəbəli bina çöküb.

Məlumata görə, dağıntılar altında qalan dörd nəfər çıxarılaraq yaxınlıqdakı xəstəxanaya aparılıb.

Bildirilir ki, xilas edilənlərdən biri azyaşlıdır.

Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunublar.