Türkiyədə yaşayış binasında qaz partlayışı olub, xəsarət alanlar var

Türkiyədə yaşayış binasında qaz partlayışı olub, xəsarət alanlar var
DÜNYA
20:59 04.12.2022
212

Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətinin Akçakale şəhərində altımərtəbəli binada məişət qazının partlaması nəticəsində 6 nəfər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Polisin müəyyən etdiyi kimi, fəhlə emalatxanalarının yerləşdiyi binanın birinci mərtəbəsində məişət qazı ilə işləyən qazan partlayıb.

Evdəki partlayış dalğasından tavanlar qismən uçub, küçədə dayanan avtomobillərə ziyan dəyib.

OXŞAR XƏBƏRLƏR