Türkiyədə yük qatarı partladıldı

Türkiyədə yük qatarı partladıldı
DÜNYA
15:45 09.09.2016
1312
Türkiyənin Muş vilayətində PKK terrorçuları yük qatarını partladıblar.
Terrorçular dəmir yolunu uzaqdan idarə edilən əldəqayırma partlayıcı qurğu ilə minalayıblar.
Tatvan-Elazığ marşrutu üzrə hərəkət edən qatarın partlaması nəticəsində 7 vaqon relsdən çıxıb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR