Türkiyədə zavodda partlayış: Ölən və yaralananlar var

Türkiyədə zavodda partlayış: Ölən və yaralananlar var
DÜNYA
15:44 13.01.2017
923
Partlayış Türkiyənin qərbində yerləşən Dilovası şəhərində baş verib. Partlayış nəticəsində bir nəfər ölüb, 15 nəfər yaralanıb. 

Kanalın məlumatına görə, partlayış şəhərin sənaye ərazisində zavodda metalın əridildiyi qazanda baş verib. 

"Qəza nəticəsində bir fəhlə ölüb, 15 nəfər yaralanıb. Yaralıların vəziyyəti qənaətbəxşdir”, - kanal şəhərin meri Mehmet Arslanın sözlərindən sitat gətirir. 

Hadisə yerinə təcili yardım briqadası və xilasedicilər cəlb edilib
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR