Türkiyədə 6 fevralda baş verən zəlzələ nəticəsində dağılan binalarla bağlı aparılan araşdırmalar nəticəsində 2 825 nəfər barəsində cinayət işi başlanılıb.
AZXEBER.COM Trend-ə istinadən məlumat verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç "X” sosial şəbəkəsində bildirib.
"Zəlzələ zonasında dağılan və ya tikinti normalarına zidd olaraq dəyişdirilən binalarla bağlı aparılan araşdırmalarla şübhəli bilinən 2 min 825 nəfər barəsində cinayət işi başlanılıb, onlardan 267 nəfərin barəsində həbs-qətimkan tədbiri, 984 nəfərin barəsində isə məhkəmə nəzarəti qərarının çıxarılıb", - deyə nazir qeyd edib.