Türkiyədə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa Seysmoloji Mərkəzin məlumat yayıb. Verilən məlumata görə, yeraltı təkanlar Şanlıurfanın Bozova əyalətində qeydə alınıb. Yeraltı təkanların episentri Şanlıurfadan 21 km şimal-qərbdə, ocağı isə 5,4 km dərinlikdə yerləşib.
Verilən məlumata görə, zəlzələnin gücü 4 bala yaxın, daha dəqiq 3,9 bal olub. Baş verən yeraltı təkanlar insanların təşvişinə səbəb olub.
Yeraltı təkanlar nəticəsində dağıntı və insan təlafatı qeydə alınmayıb.
olke.az