Türkiyədə zəlzələ olub

DÜNYA
17:35 16.12.2013
1055

Türkiyənin Van vilayətində 4 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Boğaziçi Universitetinin Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun məlumatına görə, yeraltı təkanlar bazar ertəsi yerli vaxtla saat 14:00-da qeydə alınıb.

Ölən və dağıntılar barədə məlumat yoxdur.

OXŞAR XƏBƏRLƏR