Türkiyədə zəlzələ qurbanlarının sayı 24 617 nəfərə çatıb

Türkiyədə zəlzələ qurbanlarının sayı 24 617 nəfərə çatıb
DÜNYA
09:58 12.02.2023
174
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

O əlavə edib ki, bu dəqiqəyə kimi yaralı sayı 80 min 278 nəfərdir. 

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
OXŞAR XƏBƏRLƏR