Türkiyədə zəlzələdə uçan binalarla bağlı həbs olunanların sayı artdı

Türkiyədə zəlzələdə uçan binalarla bağlı həbs olunanların sayı artdı
DÜNYA
14:29 02.03.2023
166
Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələlər zamanı çox sayda binanın dağılması ilə bağlı həbs edilənlərin sayı 218 nəfərə çatıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bundan əvvəl bu rəqəm 188 nəfər idi.

Araşdırmalarda ümumilikdə 869 şübhəli müəyyən edilib, lakin şübhəlilərdən 31-nin həyatda olmadığı, beşinin xaricdə olduğu müəyyənləşib, 81 şübhəli ifadələri alındıqdan sonra sərbəst buraxılıb.

Gülay
OXŞAR XƏBƏRLƏR