Türkiyədə zəlzələdə yaralananların sayı 46-ya çatıb

Türkiyədə zəlzələdə yaralananların sayı 46-ya çatıb
DÜNYA
10:23 23.11.2022
178
Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib ki, zəlzələdə ölən olmayıb: "Bu, ən böyük təsəllimizdir”.

O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan mövcud durumla yaxından izləyir: "Bəzi yerlərdə elektrik enerjisi kəsilib, amma tədricən bərpa edilir. Gün ərzində bu məsələ həllini tapacaq.

Zəlzələdən sonra 70-dən çox afterşoklar qeydə alınıb. Müxtəlif qurumlar, o cümlədən Qızıl Aypara Cəmiyyəti vətəndaşlarımıza kömək edir, dəstək olurlar”. 

Nazirin sözlərinə görə, əraziyə xilasedicilər cəlb edilib: "Zəlzələ bir çox regionda hiss edilib”. 

Düzce valisi Cevdat Atay bəzi ərazilərdə, o cümlədən Düzcede və Boluda məktəblərdə tədrisin dayandırıldığını bildirib. 

Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın sözlərinə görə isə vətəndaşlara dəstək olmaq üçün bölgəyə 10 psixososial qrup göndərilib.
 
///Report
OXŞAR XƏBƏRLƏR